Ermənistanın paytaxtı İrəvanda özlərini Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları kimi təqdim edən iki naməlum şəxs qadını qaçırıb.
Bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Hadisə çərşənbə günü baş verib. Qadın ailəsi ilə birlikdə İrəvanın kənarındakı “San Marko” hovuz kompleksinin ərazisində dincəlirmiş. Qara geyimli və maskalı iki nəfər ona yaxınlaşaraq özlərini Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları kimi təqdim ediblər. Bundan sonra qadını dayanacağa aparıb BMW markalı avtomobilə mindirərək naməlum istiqamətə aparıblar.
Faktla bağlı “adam oğurluğu bir qrup şəxs tərəfindən törədildikdə” və “vəzifəli şəxsin səlahiyyətlərini özbaşına mənimsəmə” maddələri ilə cinayət işi başlanıb.
Hadisə yerinə baxış keçirilib və müşahidə kameralarının görüntüləri götürülüb. Şahidlər dindirilib. Hazırda həm zərərçəkmiş, həm də hadisəni törətməkdə şübhəli bilinən şəxslərin axtarışı davam etdirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?