ABŞ prezidenti Co Bayden oğlu Hunterin əfv edilməsi ilə bağlı qərarını dəyişməyib, o, hələ də məhkəmənin hökmünə müdaxilə etmək niyyətində deyil.
Bu barədə Ağ Evin mətbuat katibi Jan-Pyer jurnalistlərlə söhbəti zamanı bildirib. Xatırladaq ki, Hunter Bayden doqquz maddə üzrə vergidən yayınmada ittiham olunur – onu 17 ilə qədər həbs gözləyir. Eyni zamanda, Co Bayden artıq oğlunu sevdiyini, lakin mühakimə olunacağı təqdirdə onu əfv etməyi planlaşdırmadığını bildirib.
Sorğu
Yeni dizaynımız necədir?