İrəvan və Brüssel viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlayır. Faktiki olaraq Ermənistan Avropa İttifaqı ilə gündəlikdə duran məsələri genişləndirir.
Gundemxeber.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Komissiyasının sədr müavini Marqaritis Shinas görüşündə deyib.
“Şadam ki, münasibətlərimizdə nəzərəçarpacaq dəyişikliklər var: viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlar başlayır, Avropa Sülh Fondu ilə Ermənistan Respublikasına dəstək verilməsi barədə qərar qəbul edilib, biz bunu çox yüksək qiymətləndiririk... Bu, (Aİ-yə daxil olmaqla bağlı məsələ -red.) asan məsələ deyil, amma artıq Ermənistanın siyasi gündəminin bir hissəsinə çevrilib, ona görə də bu mövzuya ətraflı və hərtərəfli yanaşmaq lazımdır. Burada Aİ-dən olan tərəfdaşlarımızın müşahidələrini və məsləhətlərini dinləmək vacib olacaq”, - Paşinyan bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?