Qriqoryan deyib ki, Ermənistan ərazisindən keçən istənilən kommunikasiya Ermənistanın nəzarəti və milli suverenliyi altında olmalıdır. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın bu ölkədəki səfiri Mehdi Sobhani ilə görüşüb. Diplomatik nümayəndəliyin X sosial şəbəkəsindəki səhifəsində bildirilir ki, görüşdə regiondakı vəziyyət və Ermənistan-İran münasibətləri müzakirə edilib. Görüşün əsas mövzusu kommunikasiyaların açılması kontekstində Ermənistan ərazisindən ekstraterritorial dəhlizin açılmasının yolverilməzliyi olub. Qriqoryanın deyib ki, Ermənistan ərazisindən keçən istənilən kommunikasiya Ermənistanın nəzarəti və milli suverenliyi altında olmalıdır və İrəvan istənilən "dəhliz" məntiqinin əleyhinədir. Qriqoryan Ermənistanla İran arasındakı sərhədi sülh və dostluq sərhədi adlandırıb və əlavə edib ki, heç bir qüvvə bunu pozmağa qadir deyil. Öz növbəsində İran səfiri Tehranın regionda sərhədlərin istənilən dəyişikliyinə qarşı çıxan prinsipial mövqeyini bir daha xatırladıb. Ermənistan rəsmisi belə bir mövqeyə görə diplomata təşəkkürünü bildirib, Ermənistanla İran arasında münasibətlərin vacibliyini qeyd edib. Qeyd edək ki, Tehran Bakı və Ankaranın Ermənistan vasitəsilə Azərbaycanla Naxçıvan arasında quru əlaqəsinin təmin edilməsini tələb etdiyi ekstraterritorial dəhlizə qarşıdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?