2023-cü ildə Rusiya Federasiyasının Silahlı Qüvvələrinə 140 min pilotsuz uçuş aparatı (PUA) tədarük edilib, bu il istehsalın 10 dəfə artırılması planlaşdırılır.
Gundemxeber.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Prezident Vladimir Putin Sankt-Peterburqda Rusiya Hərbi-Sənaye Komissiyasının iclasında deyib.
“2023-cü ildə Silahlı Qüvvələrə 140 minə yaxın müxtəlif təyinatlı pilotsuz uçuş aparatı tədarük edilib. Bu il istehsalın 10 dəfəyə qədər artırılması planlaşdırılır. 2030-cu ilə qədər Rusiyada PUA-ların layihələndirilməsi, sınağı və istehsalı üzrə 48 xüsusi elmi-istehsal mərkəzi yaradılacaq", - Rusiya lideri bildirib.
O əlavə edib ki, pilotsuz uçuş aparatlarının istehsalı üzrə milli layihənin həyata keçirilməsi Rusiya Federasiyasının bu sahədə texnoloji suverenliyinin açarıdır
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?