Ukrayna Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanov Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermakla münaqişəyə görə tutduğu vəzifədən uzaqlaşdırıla bilər.
Bu barədə Ukraynanın “Strana” nəşri mənbələrə istinadən yazıb.
“Hərbi kəşfiyyatın rəhbəri Vladimir Zelenskinin yaxın çevrəsində Yermaka alternativ olan azsaylı nüfuzlu şəxslərdən biri olaraq qalır. Və yaxın gələcəkdə Budanovun özü işdən çıxarılmasına nail ola bilər”, - nəşr qeyd edib.
Eyni zamanda, Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerov da vəzifəsini itirə bilər. Mənbələrin başqa versiyasına görə, Umerov kreslosunu saxlaya bilər, lakin onun müavinləri arasında “təmizləmələr” aparılacaq.
Ukrayna mətbuatının yazdığına görə, Budanov və Ukraynanın müdafiə naziri Rustem Umerov yaxın vaxtlarda işdən çıxarıla bilər. Onların məlumatına görə, GUR-a Budanovun keçmiş müavini, Xarici Kəşfiyyat Xidmətinə rəhbərlik edən Oleq İvaşçenko rəhbərlik edə bilər və onun yerini Umerov tutacaq. Mənbələr mümkün istefaları prezident aparatının rəhbəri Andrey Yermakla əlaqələndirirlər. /publika.az/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?