GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ekspert ÜST-ün həyəcan təbili çaldığı superbakteriyaların harada yayıldığını izah etdi

Ekspert ÜST-ün həyəcan təbili çaldığı superbakteriyaların harada yayıldığını izah etdi

Tarix: 23-09-2024, 22:30 Bölmə :Dünya Baxış: 221

Ekspert ÜST-ün həyəcan təbili çaldığı superbakteriyaların harada yayıldığını izah etdi

Bu yaxınlarda bütün dünyada xəstəxanalarda yenidoğulmuşların intensiv terapiya şöbələrində sepsisin səbəbi olan az öyrənilmiş superbakteriya qeydə alınıb. Antibiotiklərə qarşı rezistentliyə (dözümlüyə) malik olan və insanların sağlamlığı üçün ciddi təhlükə təşkil edən bu mikroorqanizmlər alimləri uzun zamandır narahat edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, belə belə superbakteriyaların səbəb olduğu infeksiyalar 2050-ci ilə qədər 39 milyon insanın həyatına son qoya bilər.


GUNDEMXEBER.AZ-ın xarici KİV-nə istinadla verdiyi məlumata görə, Rusiya Elmlər Akademiyası Ural bölməsinin İmmunologiya və Fiziologiya İnstitutunun baş elmi işçisi Mixail Bolkov bu bakteriyalarla mübarizə üsullarından danışıb.
Onun sözlərinə görə, superbakteriyalar əsasən xəstəxanalarda yayılır, çünki burada onlar rəqabətlə qarşılaşmırlar.
"Rezistent bakteriyalar müxtəlif antibiotiklərin təsirinə qarşı unikal müqavimət qabiliyyətinə malikdirlər. Onların əsas yaşayış mühiti xəstəxanalardır. Burada onlar yaşama və çoxalma üçün əlverişli şərait tapırlar. Bu, bakteriyaların antibiotiklərə uyğunlaşma prosesində adətən dərmanların hədəf aldığı müəyyən örtüklərdən xilas olması ilə əlaqədardır. Nəticədə, onlar xəstəxana mühitində digər mikroorqanizmlər qarşısında üstünlük əldə edirlər", - deyə həkim bildirib.
Onun sözlərinə görə, belə bakteriyalarla mübarizə çox çətindir. Bu bakteriyalara qızılı stafilokok (MRSA) və E.coli (bağırsaq çöpü) ştammları kimi təhlükəli infeksiyalar aiddir.
"Bu mikroorqanizmlər ənənəvi müalicə üsulları ilə mübarizə aparmağın son dərəcə çətin olduğu ciddi infeksiyalara səbəb olur. Xüsusi narahatlıq doğuran vəziyyət reanimasiya şöbələrində müşahidə olunur. Hətta Fransa və ABŞ kimi bir çox inkişaf etmiş ölkələrdə belədir. Gələcəkdə bəşəriyyət bu mikroorqanizmlərlə mübarizəyə əhəmiyyətli resurslar sərf etməli olacaq, çünki onlar bütün yoluxucu xəstəliklər arasında dominant təhlükəyə çevrilə bilərlər", - deyə o əlavə edib.
Ekspertin sözlərinə görə, dünyanın hər yerindən alimlər superbakteriyalarla mübarizənin yeni üsullarının yaradılması üzərində işləyirlər.
"Perspektivli istiqamətlərdən biri antimikrob peptidlərin və oxşar maddələrin hazırlanmasıdır. Bu birləşmələr adi antibiotiklərin təsirindən fərqli prinsiplə bakteriyaları məhv etmək qabiliyyətinə malikdir ki, bu da dərmanlara davamlılığın aradan qaldırılmasının açarı ola bilər".
Alim vurğulayıb ki, belə bir dərmanın hazırlanması çox baha başa gəlir və bəşəriyyət hələlik bakteriyaların yeni antibiotiklərə qarşı sürətlə davamlılıq qazandığı yarışda uduzur.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ekspert ÜST-ün həyəcan təbili çaldığı superbakteriyaların harada yayıldığını izah etdi

    Ekspert ÜST-ün həyəcan təbili çaldığı ...

    20-09-2024, 23:19

  • 
  • ÜST: Dünyada yoluxma sayında rekord qeydə alındı

    ÜST: Dünyada yoluxma sayında rekord qeydə alındı ...

    14-09-2020, 11:30

  • 
  • Yəməndə vəba epidemiyası — 1500 ÖLÜ

    Yəməndə vəba epidemiyası — 1500 ÖLÜ ...

    2-07-2017, 11:34

  • 
  • Dünyada koronavirusa yoluxanların sayı 180 milyon nəfəri ötdü

    Dünyada koronavirusa yoluxanların sayı 180 milyon ...

    29-06-2021, 11:48

  • 
  • ÜST: Dünyada koronavirusa yoluxanların sayı 3 milyonu ötdü

    ÜST: Dünyada koronavirusa yoluxanların sayı 3 ...

    30-04-2020, 15:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu