Prezident institutu seçki administrasiyasını gözdən salmaq üçün kampaniyaya cəlb olunub.
Gundemxeber.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) yaydığı bəyanatda qeyd olunub.
“Gürcüstan prezidenti və onun nümayəndələri MSK-nı nüfuzdan salır və ictimaiyyətdə seçki administrasiyasının qanunları pozduğu, eləcə də xaricdə seçki məntəqələrinin açılmasından imtina etdiyi barədə rəy yaradırlar”, - bəyanatda deyilir.
Qeyd olunur ki, MSK müxtəlif formatlı iclaslar zamanı xaricdə səsvermə məsələsini tənzimləyən reqlamenti dəfələrlə dəqiqləşdirib və dolğun məlumat verib.
"Biz prezident və onun nümayəndələrini seçki administrasiyasına qarşı siyasi motivli hücumları dayandırmağa və həm ölkə daxilində, həm də xaricdə seçicilərə hörmətlə yanaşmağa çağırırıq”, - bəyanatda vurğulanıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?