Türkiyə Milli Kəşfiyyat Təşkilatının (Milli İstihbarat Teşkilatı - MİT) İraqın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK terror qruplaşmasının sözdə rəhbərlərindən biri Lokman İsmail öldürülüb.
Gundemxeber.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Bildirilib ki, 30 il ərzində PKK/KCK daxilində fəaliyyət göstərən terrorist Lokman İsmail tam dəqiq atəşlə zərərsizləşdirilib.
PKK/KCK-lı Lokman İsmail 2015-2016-cı illərdə Şırnakda baş verən xəndək-barikat hadisələrində Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı hücumları təşkil edən şəxs idi.
Bundan əlavə, 2019-cu ildə Adana/Seyhanda Suriya vətəndaşları tərəfindən iki avtomobilə qarşı həyata keçirilən bombalı hücumun əmrini verən də yenə Lokman İsmail idi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?