Ermənistanın ədliyyə naziri Qriqor Minasyan istefa verib.
Gundemxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Q.Minasyan özünün feysbuk hesabında paylaşım edib.
Daha əvvəl məlumat yayılmışdı ki, hakim “Mülki müqavilə” fraksiyasında nazirin istefası ilə bağlı baş nazir Nikol Paşinyana müraciət etmək üçün imza toplanmasına başlanılıb.
“Bu gün səlahiyyət müddətimə qarşı imza toplanmasına qoşulmaq qərarına gəldim", - nazir bildirib.
Onun sözlərinə görə, parlament idarəetmə sistemi şəraitində hətta bir deputatla problem yaşayarkən nazir vəzifəsini tutmaq çətindir. Ona qarşı isə 20-dən çox deputat çıxış edib.
Sorğu
Yeni dizaynımız necədir?