Əfqanıstanın sərt-xətt yönlü Taliban rəsmiləri çərşənbə günü bildiriblər ki, azı ikisi qadın olmaqla, müxtəlif cinayətlərdə ittiham olunan doqquz nəfər ictimaiyyət qarşısında şallaqlanıb.
Cəzalardan beşi cənub vilayətinin eyniadlı paytaxtı Qəndəhardakı idman stadionunda həyata keçirilib. Yerli Taliban rəsmiləri, ədliyyə məmurları və sıravi əfqanlar izləyənlər arasında olub.
Talibanın Ali Məhkəməsi təfərrüatları açıqlayaraq, beş nəfərin zina, sodomiya və quldurluqda təqsirli bilindiyini, onların hər birinin 39 qamçı və iki ildən yeddi ilədək həbs cəzası aldığını bildirib. Məhkumlar arasında qadınların olub-olmadığı barədə məlumat verilməyib.
Bundan əlavə, məhkəmə bəyan edib ki, çərşənbə günü Əfqanıstanın şimalındakı Taxar və Samanqan vilayətlərində də iki kişi və iki qadın zina etdikləri üçün ictimaiyyət qarşısında qamçılanıb.
Taliban 2021-ci ildə yenidən hakimiyyətə gələndən bəri Əfqanıstanda idman stadionlarında yüzlərlə kişi və qadın şallağa məruz qalıb.
Bu ilin iyun ayında İslamçı liderlər zina və homoseksuallıq kimi “əxlaqsız cinayətlər” törətdiklərinə görə, insanla dolu şimal idman stadionunda 14-ü qadın olmaqla, 63 məhkumu kütləvi şəkildə qamçılanıb. Taliban həmçinin İslamda qisas kimi tanınan cəzalandırma anlayışına istinad edərək, izdihamlı idman stadionlarında azı beş əfqan qətli edam edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?