Xaricdən dəstəklənən kollektiv “Milli Hərəkat” hələ də iğtişaşlar yolu ilə hakimiyyətə gəlməyə və daha sonra ölkəni müharibə və xaosa sürükləməyə çalışır.
Bunu “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili bəyan edib.
O bildirib ki, “Milli Hərəkat” ikinci cəbhə açılması bahasına hakimiyyətə qayıtmağa çalışır:
“Əvvəldən və hətta indi də onun fəaliyyətinin əsas xüsusiyyəti cəmiyyətin parçalanması və qarşıdurmaların alovlandırılması olub. Xarici tərəfdaşlarının köməyi ilə 2008-ci ilin xəyanəti kimi, ölkəni müharibəyə sürükləməyə və bir daha bizə canlar və əlavə itirilmiş ərazilərə başa gələn faciəni gətirməyə hazırdırlar”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?