GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır

COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır

Tarix: 11-10-2024, 13:14 Bölmə :Dünya Baxış: 136

Böyük Britaniyanın “Climate Home News” saytında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının təyin olunmuş prezidenti Muxtar Babayevin İqlim sammitinə həsr olunmuş məqaləsi dərc olunub.

Məqalədə qeyd edilir ki, bu həftə Bakıda BMT-nin iqlim danışıqlarının texniki və siyasi aspektləri müzakirə olunur.

Bu müzakirələr COP29 sammiti ərəfəsində dönüş nöqtəsidir, həm də iqlim dəyişikliyinə qarşı qlobal mübarizə üçün lakmus kağızıdır.

COP28-in ilk altı ayında ekstremal hava hadisələri ölkələrə 41 milyard dollar ziyan vurdu ki, bu, qətiyyətli tədbirlərin görülməsinin vacibliyini vurğulayır.

BMT-nin iqlim danışıqlarının texniki və siyasi aspektləri arasında qarşılıqlı əlaqənin sürətləndirilməsi vacibdir, çünki texnoloji tərəqqi siyasi qərarları məlumatlandırır və siyasi iradə texnoloji irəliləyişlərə imkan verir.

Pre-COP öz işinə 2030-cu ilə qədər 250 milyard dollara qədər qənaəti təmin edə biləcək səmərəli karbon bazarların üçün çərçivə olan COP29-da 6-cı Maddənin razılaşdırılması ilə bağlı texniki məsələlərdə irəliləyişlə başladı.

Məqalədə bildirilir ki, iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədi COP29 danışıqları üçün əsas prioritet olaraq qalır. Xüsusilə inkişaf etməkdə olan ölkələr üçün iqlim tədbirlərinin təmin edilməsi vacibdir və problemin həm aktuallığı, həm də miqyası nəzərə alınmalıdır. Paris Sazişi üzrə öhdəliklərə uyğun şəffaflıq da eyni dərəcədə vacibdir. Bir sıra kritik məsələlərdə mövqelərin yaxınlaşmasının çox ümidverici əlamətləri var.

İqlim dəyişikliyi idarəetmənin və cəmiyyətin bütün aspektlərinə təsir göstərir, buna görə də bütün müvafiq dövlət idarələri bu prosesdə iştirak etməlidir - maliyyə və enerjidən tutmuş kənd təsərrüfatı və səhiyyəyə qədər.

Əsas məsələ COP28-də razılaşdırılmış iqlim fəaliyyətinə dair ilk qlobal hesabatın nəticələrinə əsaslanmaqdır. Buraya bütün iqlim cəbhələrində sürətli irəliləyişin əldə edilməsi daxildir.

"Hər şeydən əvvəl, ədalətli iqlim maliyyəsini təmin etmək üçün birlikdə işləməliyik. Biz həmçinin davamlılıq yaratmalıyıq və emissiyaları azaltmalıyıq. Bu, enerji sistemlərində qalıq yanacaqlardan uzaqlaşmanın ədalətli və nizamlı şəkildə təşviq edilməsini əhatə edir. Hər bir töhfə önəmlidir”, - məqalədə deyilir.

Həmçinin vurğulanır ki, COP29-un Sədrliyi aparıcı rol oynayır və Azərbaycan Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr üzərində fəal işləyir. Burada BƏƏ və Braziliyadan olan həmkarların da rolu əvəzsizdir.

COP29-un Sədrliyi həm də vədləri konkret fəaliyyətə çevirməyə diqqət yetirib. BMT-nin Yaşıl İqlim və Adaptasiya fondlarına töhfələrin əhəmiyyətli dərəcədə artırılmasına təcili ehtiyac var.

İstixana qazları emissiyalarına dair iki illik şəffaflıq hesabatlarının vaxtında təqdim edilməsi Paris Sazişinin bütün bəndləri üzrə ambisiyaların artırılması üçün vacib olacaq.

"Dünya bizi izləyir və tarix bizi nəticələrimizə görə mühakimə edəcək. Azərbaycan ölkələr arasında körpü rolunu oynamaq üçün əlindən gələni edəcək. COP29-da uğur və ya uğursuzluq kollektiv olacaq və hamımız böyük çağırışa cavab vermək üçün əlimizdən gələni etməliyik.

Danışıqlar zamanı bütün tərəflər bir-birinə necə yaxınlaşa biləcəkləri barədə düşünməlidirlər. Çünki biz birlikdə ambisiyaları yüksəltdiyimiz və fəaliyyət üçün şərait yaratdığımız uğurlu konfransa yol aça bilərik. Biz sabahı xilas etmək üçün bu günə sərmayə qoya bilərik”, - məqalədə qeyd olunur.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qazaxıstan Prezidenti: COP29-da ölkələr iqlim gündəliyindəki məsələlərdə həmrəylik göstərə biləcəklər

    Qazaxıstan Prezidenti: COP29-da ölkələr iqlim ...

    4-07-2024, 23:27

  • 
  • BMT-də COP29 sədrliyinin ev sahibliyi ilə dəyirmi masası keçirildi

    BMT-də COP29 sədrliyinin ev sahibliyi ilə dəyirmi ...

    23-09-2024, 22:08

  • 
  • Şuşada COP29-a həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək

    Şuşada COP29-a həsr olunmuş beynəlxalq elmi ...

    21-08-2024, 10:31

  • 
  • Bayden müşaviri iqlim dəyişikliyi ilə bağlı Çinə təzyiqi artırmağa çağırır

    Bayden müşaviri iqlim dəyişikliyi ilə bağlı Çinə ...

    18-07-2023, 11:53

  • 
  • Bolqarıstan Prezidenti: COP29-un keçirilməsində Azərbaycana dəstək verməyə hazırıq

    Bolqarıstan Prezidenti: COP29-un keçirilməsində ...

    8-05-2024, 17:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu