İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Beyrutda Livanın baş naziri Nəcib Mikati ilə danışıqlar aparıb.
Gundemxeber.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Qalibaf bu həftənin əvvəlində İsrailin hava hücumlarına məruz qalan Beyruta baş çəkdiyini bildirib.
Onun sözlərinə görə, səfərin məqsədi İsrailin bu ölkənin cənubunda həyata keçirdiyi quru hərbi əməliyyatı fonunda Livanla həmrəyliyi ifadə etməkdir.
Agentlik qeyd edib ki, Qalibaf sentyabrın sonunda İsrailin “Hizbullah” hərəkatına qarşı əməliyyatlarının intensivləşməsindən sonra Beyruta səfər edən ikinci yüksək rütbəli İran rəsmisidir. İlk belə səfəri İranın xarici işlər naziri Abbas Əraqçi edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?