Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə keçirilən parlament seçkilərinin hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” Partiyasının qələbəsi ilə nəticələnməsinin total saxtakarlıq olduğunu açıqlayıb.
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə S.Zurabişvili brifinqdə bildirib.
“Bu gün burada ölkədə qalan yeganə müstəqil qurumun rəhbəri kimi demək istəyirəm ki, mən bu seçkiləri tanımıram”, - Zurabişvili bildirib.
Zurabişvili nəticələri "tamamilə saxta" adlandırıb və müxalifətin etiraz aksiyasına qatılacağını bildirib.
"Biz çox qeyri-adi bir şeyin şahidi olduq. Bu, total saxtakarlıq, sizin səslərinizin total oğurlanması, seçkiləri saxtalaşdırmaq üçün bu və ya digər ölkələrdə gördüyümüz bütün vasitələrdən istifadə edilməsi idi", - o vurğulayıb.
Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə sakinlərini bazar ertəsi Tbilisidə parlament binası qarşısında parlament seçkilərinin nəticələrinə etiraz etməyə çağırıb.
S.Zurabişvili aksiyanın dinc xarakter daşıyacağını qeyd edib: "Sabah axşam saat 7-də (Bakı vaxtı ilə saat 19:00-red) hamınızı Rustaveli prospektinə dəvət etmək istəyirəm ki, biz birlikdə dünyaya və özümüzə bu seçkiləri tanımadığımızı bəyan edək”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?