Gundemxeber.az » Dünya » Tramp faşizmlə bağlı ittihamları rədd edir
ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizədi Donald Tramp faşizmlə bağlı opponentləri tərəfindən yönəldilən ittihamları rədd edib.
“Deyirlər ki, mən Hitlerəm, faşistəm. Mən faşist deyiləm. Mən onun qarşısındayam”, - deyə Tramp Corciya ştatında tərəfdarları qarşısında çıxış edərkən bildirib.
Qeyd edək ki, Ağ Evin mətbuat katibi Karin Jan-Pyer ABŞ prezidenti Co Baydenin Donald Trampı faşist hesab etdiyini söyləyib. Eyni fikri ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin keçmiş sədri Mark Milli və Ağ Evin keçmiş administrasiya rəhbəri Con Kelli də bölüşür.
Maraqlıdır ki, onların hər ikisi Tramp administrasiyasında çalışıb.
GUNDEMXEBER.AZ
27-11-2018, 13:15
6-10-2016, 11:33
24-07-2016, 15:42
20-04-2021, 12:33
2-11-2018, 10:29
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?