İsrail Prezidenti İshaq Hersoq noyabr ayında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının iqlim üzrə konfransında (COP 29) öz ölkəsinin nümayəndə heyətinə rəhbərlik edəcəyini bildirib.
The times of Israel nəşri bildirir ki, Hersoq Prezident Sarayındakı görüşdə "iqlim dəyişikliyi probleminin əhəmiyyətini" vurğulayıb. Bundan əlavə, prezident deyib ki, indiki vəziyyətdə İsrail üçün daha da aktual olan regional əməkdaşlığı möhkəmləndirmək lazımdır.
Hökumət məmurları, biznesmenlər akademiklər və vətəndaş cəmiyyəti fəalları, həmçinin COP29-da ölkəni təmsil etmək üçün seçilmiş 20 iqlim startapının görüşündə Hersoq bildirib ki, "bəziləri ölkə müharibədə olarkən iqlim böhranını müzakirə etməyin yersiz olduğunu düşünsə də, o bunun əksinin doğru olduğuna inanır”.
Prezident deyib ki, İsrail üçün qlobal istiləşmə emissiyalarının azaldılması ilə bağlı “məcburi hədəflər” öhdəliyini ehtiva edən iqlim qanun layihəsini qəbul etməsi vacibdir.
COP 29 iqlim konfransı noyabrın 11-22-də Bakıda keçiriləcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?