ABŞ 30 sentyabr 2024-cü ildə başa çatan maliyyə ilinə əsasən hərbi kəşfiyyata 29,8 milyard dollar xərcləyib.
GUNDEMXEBER.AZ xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Məlumatda qeyd edildiyi kimi, hərbi kəşfiyyat proqramının həyata keçirilməsi üçün büdcə 29,8 milyard dollar təşkil edib.
Müdafiə Nazirliyi vurğulayıb ki, bu proqramın təfərrüatları və ya onun maliyyələşdirilməsi ilə bağlı başqa heç bir məlumat verilməyəcək, çünki onlar milli təhlükəsizliklə əlaqədar məxfi qalır.
Ötən il ABŞ hərbi kəşfiyyata 27,9 milyard dollar, 2022-ci ildə 24,1 milyard dollar, 2021-ci ildə isə 23,3 milyard dollar xərcləyib.
Sorğu
Yeni dizaynımız necədir?