İranın İsrailə mümkün hücumu zamanı hədəf alınacaq dörd hərbi obyektin adı açıqlanıb.
Gundemxeber.az xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Qvardiyasına məxsus teleqram kanalı yayıb.
Məlumata görə, İsrailin həmin dörd obyekt əsas silah istehsalçılarıdır:
- “İsrael Aerospace Industries” (IAI) - Mülki təyyarələr, dronlar, döyüş təyyarələri, raketlər, avionika və peyk sistemləri hazırlayır, istehsal edir və onlara xidmət göstərir;
- “Elbit Systems” sistemləri - Komanda, nəzarət, rabitə, kəşfiyyat, müşahidə və kəşfiyyat (C4ISR) əməliyyatları üçün hərbi texnologiyalar;
- “Rafael Advanced Defense Systems” - Məşhur “Dəmir Günbəz” sistemi kimi müdafiə sistemlərini hazırlayır;
- “IMI Systems” - Tanklar, zirehli maşınlar və döyüş sursatları daxil olmaqla geniş çeşiddə hərbi texnika istehsal edir.
Bildirilib ki, bu obyektlərə zərbə İsrailin müdafiə və istehsal imkanlarını xeyli zəiflədə bilər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?