Gundemxeber.az » Dünya » Almaniyada hökumət böhranı: Şols Bakıya gəlməyəcək?
Almaniya kansleri Olaf Şols Bakıda keçiriləcək COP29 iqlim sammitində iştirak etməyəcək. GUNDEMXEBER.AZ xəbər verir ki, məlumatı Bloomberg yayıb. Bildirilir ki, buna səbəb Şolsun rəhbərlik etdiyi hökumət daxilində yaranan siyasi böhranla bağlıdır.
Şols gələn həftə Azərbaycanda keçiriləcək BMT-nin iqlim danışıqlarının başlanğıcında liderlər sammitində iştirak etməli idi. Agentlik məsələ ilə tanış olan mənbəyə istinadla o, özünün növbədənkənar seçki çağırışından qaynaqlanan problemləri həll etmək üçün səfər planını ləğv edib.
Qeyd edək ki, Şols 2025-ci ilin əvvəlində Bundestaqda hökumətə etimad səsverməsi məsələsini qaldıracağını və növbədənkənar parlament seçkilərinin 2025-ci ilin mart ayının sonuna qədər keçirilə biləcəyini bildirib.
O, maliyyə naziri Kristian Lindneri vəzifəsindən azad edib. Noyabrın 6-da axşam koalisiya komitəsinin iclası keçirilib, burada tərəfdaşlar ölkə iqtisadiyyatını böhrandan çıxarmaq üçün mübahisənin həllini tapmağa çalışıblar. Bölünməyə səbəb büdcə, maliyyə və iqtisadi siyasətlərdəki fərqlərdir. Daha sonra kanslerin özü xüsusi bəyanatla çıxış edərək bildirib ki, o, Almaniya prezidenti Frank-Valter Ştaynmayerin Lindneri istefaya göndərməsini təklif edib.
Bununla bağlı Bundestaqdakı FDP fraksiyasının rəhbəri Kristian Düer bildirib ki, Almaniyanın Azad Demokrat Partiyasından olan nazirlər hakim koalisiyadan tamamilə çıxırlar. Almaniya hökumətində FDP nümayəndələri dörd vəzifə tutmuşdu: maliyyə naziri, ədliyyə naziri, tədqiqat və təhsil naziri və nəqliyyat naziri.
Hələlik Bloomberg-in məlumatı rəsmi şəkildə təsdiqlənməyib.
GUNDEMXEBER.AZ
15-10-2018, 15:58
4-07-2019, 14:11
16-09-2024, 22:52
1-11-2024, 15:07
7-05-2018, 15:15
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?