Gundemxeber.az » Dünya » Qazaxıstan ABŞ-dan 50 il yaşı olan qanunun ləğvini istədi
Qazaxıstanın ABŞ-dakı səfiri Yerjan Aşikbayev Amerikaya ikitərəfli ticarəti məhdudlaşdıran Cekson-Venik düzəlişinin ləğvini təklif edib.
GUNDEMXEBER.AZ xəbər verir ki, məlumatı Qazaxıstan Xarici İşlər Nazirliyi yayıb.
Məlumatda qeyd olunur ki, Qazaxıstanın Amerikadakı səfirliyi düzəlişin ləğvi perspektivlərini müzakirə etmək üçün ABŞ Konqresinin üzvləri, Dövlət Departamenti, diplomatlar və iş adamlarının iştirakı ilə tədbir təşkil edib:
“Yerjan Aşikbayev ölkəyə münasibətdə normanın ləğvinin vacibliyini vurğulayıb, Qazaxıstanın mühüm transformasiya keçdiyini, xarici investisiyaların cəlb edilməsində Mərkəzi Asiyada liderə çevrildiyini və regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsində əsas rol oynadığını qeyd edib”.
Diplomat vurğulayıb ki, son 30 il ərzində Qazaxıstan Mərkəzi Asiyanın ÜDM-nin üçdə ikisini təşkil edərək, postsovet məkanında ikinci ən böyük iqtisadiyyata çevrilib:
“Cekson-Venik düzəlişinin ləğvi və Qazaxıstanla daimi normal ticarət əlaqələrinin qurulması Qazaxıstan və ABŞ arasında əlaqələri gücləndirən və amerikalı investorlar üçün sabitliyi və proqnozlaşdırıla bilənliyi təmin edən strateji addımdır”.
Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə iştirak edən senator Kris Mörfi “ABŞ-ın xarici siyasətində Mərkəzi Asiyanın strateji əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu düzəlişin ləğvi Vaşinqtonun bu sahədəki niyyətlərinin ciddiliyinə mühüm siqnal olacaq”.
Qeyd edək ki, düzəliş 1974-cü ilin dekabrında ABŞ Konqresi tərəfindən Ticarət Aktı ilə eyni vaxtda təsdiq edildi. Düzəliş sərbəst mühacirətə mane olan ölkələrlə ticarəti məhdudlaşdırır. Onun qəbul edilməsinə səbəb 1972-ci ildə Sovet hökumətinin SSRİ-dən mühacirət edən vətəndaşların aldıqları təhsilə görə təzminat ödəməli olduğuna dair qərarı olub. 3 yanvar 1975-ci ildə prezident Cerald Ford tərəfindən imzalanan layihə qanuna çevrilib.
SSRİ-nin dağılmasından sonra düzəliş bir sıra postsovet respublikalarına, o cümlədən Qazaxıstana şamil olunmağa davam edib. Rusiyaya münasibətdə düzəliş 2012-ci ildə ləğv olunsa da, Maqnitski Aktı ilə yenidən ticarətdə məhdudiyyətlər bərpa olunub.
GUNDEMXEBER.AZ
Dünən, 23:44
30-07-2019, 15:41
17-09-2019, 15:56
8-08-2014, 01:53
16-12-2015, 17:27
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?