Bu həftə etiraz edən xalqın tələbi ilə istefa verən keçmiş Abxaziya “prezidenti” Aslan Bjaniya Rusiyaya qaçıb.
Gundemxeber.az xəbər verir ki, bu məlumatı Bjaniya özü TASS-a açıqlayıb: “Mən indi Abxaziyada deyiləm, müəyyən müddət üçün Moskvaya uçuram”.
Noyabrın 19-da Abxaziya parlamentinin deputatları “prezident”in istefasını qəbul edib və elə həmin gün vitse-prezident Badra Qunba “konstitusiya”ya uyğun olaraq prezident səlahiyyətlərinin icrasına başlayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?