Ermənistanın baş naziri Nikol Paşinyan Xarici İşlər Nazirliyinin demək olar ki, bütün xidməti avtomobillərinin ixtisar edilməsi ilə bağlı qərar qəbul edib.
"Bu qərar bəzi təşkilati problemlərin yaranmasına səbəb olacaq", - baş nazir bildirib.
Onun sözlərinə görə, xidməti avtomobillərin 70-90%-i ixtisar ediləcək.
Qeyd olunur ki, xarici işlər naziri Ararat Mirzoyan vəziyyəti düzəltməyə çalışaraq, baş nazirə xidməti avtomobillərin xarici qonaqların qəbul və müşayiət edilməsi üçün lazım olduğunu bildirib. Lakin Paşinyan ona başa salıb ki, avtomobillərin icarəyə götürülməsi kimi alternativ variantlar axtarmaq lazımdır. Mirzoyanın Paşinyanı inandıra bilib-bilməyəcəyi hələlik məlum deyil, lakin KİV-lər qeyd edir ki, bunun fonunda onların arasından "qara pişik” keçib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?