Suriyada Hələb şəhəri rejim müxalifətçilərinin nəzarətinə keçdikdən sonra Ermənistanın baş konsulu Ara Avetisyan və humanitar qrupu şəhəri tərk edib.
İcma rəhbərliyi onların getməsindən xəbərsiz olub və bu, icma üzvlərinin və rəsmilərin narazılığına gətirib çıxarıb. Bundan sonra Ermənistanın Hələbdəki baş konsulu icma nümayəndələri ilə əlaqə saxlayıb və etimadnaməsini təqdim etmək üçün Dəməşqə getdiyini deyib. Erməni diplomatın iddiasına görə, Hələbə gedən yol bağlanıb və konsul buna görə işini Dəməşqdən davam etdirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?