ABŞ-ın Delaver ştatının məhkəməsi "Tesla" şirkətinin səhmdarlarının iyun ayında İlon Maska şirkətin baş direktoru vəzifəsində işinə görə 56 milyard dollar maaş ödənməsinə dair qərarının icrasını növbəti dəfə əngəlləyib. Gundemxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, hakim Katalin Makkormikin fikrincə, belə bir ödəniş "ağılagəlməz dərəcədə yüksəkdir" və ölkə qanunlarını pozur.
Hakim Maska ödənişi ilk dəfə yanvar ayında həddən artıq yüksək hesab edərək bloklayıb. O, paketin yenidən səhmdarların əksəriyyəti tərəfindən ratifikasiya olunmasına baxmayaraq, budəfəki qərarında qeyd edib ki, belə bir yüksək məbləğin Maska ödənməsi səhmdarların maraqlarına uyğun olmaya bilər.
Makkormikin fikrincə, böyük və istedadlı hüquqşünaslar qrupu bu məsələni mübahisə etməkdə yaradıcılıq nümayiş etdirdi, lakin onların görünməmiş nəzəriyyələri çoxsaylı qanunlara ziddir.
Əvvəlcə Maskın əmək haqqı 56 milyard dollar idi, lakin ABŞ prezident seçkilərində Respublikaçı Donald Trampın qələbəsindən sonra "Tesla" səhmləri 42 faiz bahalaşdıqdan məbləğ artıq 101 milyard dollar qiymətləndirilir.
"Tesla"dan hökmlə bağlı verilən açıqlamada qərarın yanlış olduğu qeyd edilir və bildirilir ki, şirkət bu həftə hakimin son qərarından sonra apellyasiyaya müraciət etməyi planlaşdırır
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?