ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Yaxın Şərqdə davam edən gərginliklə bağlı HƏMAS-a ciddi xəbərdarlıq edib.
O, İsrail girovlarının azad edilməməsi halında ağır nəticələrin olacağını bəyan edib.
Trampın açıqlamasına əsasən, HƏMAS 20 yanvar 2025-ci ilə qədər İsrail girovlarını azad etmədiyi təqdirdə, ABŞ Yaxın Şərqdə "ciddi cəza tədbirlərinə" başlayacaq.
O, bu tədbirlərin yalnız HƏMAS-a deyil, həmçinin insanlığa qarşı bu zorakılıqların məsuliyyətini daşıyan bütün tərəflərə qarşı yönəldiləcəyi bildirilib:
"Biz əlimizdə olan bütün vasitələrlə zərbə endirəcəyik".
Bu açıqlama, ABŞ-ın bu məsələyə necə ciddi yanaşdığını və hərbi, diplomatik, iqtisadi resursları işə salmağa hazır olduğunu göstərir.
Ekspertlərin fikrincə, Trampın bu sərt mövqeyi Yaxın Şərqdə yeni bir münaqişə dalğasına səbəb ola bilər. ABŞ-ın güc tətbiq edəcəyi təqdirdə həm bölgə ölkələri, həm də beynəlxalq aləm ciddi təsirlərlə üzləşə bilər.
Sorğu
Yeni dizaynımız necədir?