Cənubi Koreya parlamenti ölkədə hərbi vəziyyətin ləğvinə səs verib.
GundemXeber.Az xarici KİV-ə istinadən xəbər verir ki, 300 deputatdan 190-ı Seulda daha öncə təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınan parlament binasına daxil ola bilib.
Keçirilən səsvermə əsasında hərbi vəziyyətin ləğvinin lehinə yetərsay toplanıb.
Cənubi Koreya Prezidenti Yun Sok Yol bundan əvvəl Şimali Koreya tərəfdarı olan qüvvələri təmizləmək və liberal konstitusiya quruluşunu qorumaq üçün hərbi vəziyyətin tətbiq edildiyini açıqlamışdı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?