Ukraynanın maliyyə naziri Sergey Marçenko ölkə üçün kredit əməkdaşlığı mexanizminin (Ukraine Loan Cooperation Mechanism – ULCM) yaradılması haqqında saziş imzalayıb.
Bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Mexanizm Ukraynanın aldığı 45 milyard avro vəsaitə xidmət göstərilməsi və ödənilməsi üçün hüquqi baza yaradacaq.
Mexanizm Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin G7 ölkələrinin Ukrayna Təşəbbüsü çərçivəsində tərəfdaşlardan götürdüyü kreditin əsas məbləğinin, həmçinin faizlərin və kreditlə bağlı hər hansı digər xərclərin ödənilməsi üçün istifadə edilməsinə imkan verəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?