Koreya Respublikası Milli Assambleyasında çoxluğa nəzarət edən “Toburo” demokratik partiyası dekabrın 7-də prezident Yun Sok Yolun impiçmenti ilə bağlı təklifə səs vermək niyyətindədir.
Bu barədə Yonhap agentliyi məlumat yayıb.
Partiyadan bildirilib ki, dekabrın 7-də saat 19:00 radələrində impiçmentlə bağlı səsvermənin keçirilməsi qərara alınıb. Təşəbbüs təsdiqlənərsə, işə Konstitusiya Məhkəməsi baxacaq.
İmpiçment sənədi yerli vaxtla dekabrın 5-də gecə yarısından sonra plenar iclasa təqdim olunduğundan, səsvermənin artıq dekabrın 6 və ya 7-də keçiriləcəyi gözlənilirdi.
Hüquqi qaydalara görə, səsvermə plenar iclasdan sonra 24 saatdan tez, lakin 72 saatdan gec olmayaraq keçirilməlidir.
Sorğu
Yeni dizaynımız necədir?