Reutersin yazdığına görə, Niderlandın xarici işlər naziri Kaspar Veldkamp ATƏT iclasından əvvəl ölkəsinin bu tələblə Avropa İttifaqına müraciət edəcəyini bildirib.
O qeyd edib ki, belə bir tələb "Gürcüstan hökumətinə seçdiyi yolun müəyyən bir qiymətinin olduğunu göstərəcək".
Hazırda Gürcüstan vətəndaşları Avropa İttifaqına qısamüddətli səfərləri vizasız həyata keçirə bilirlər.
Qeyd edək ki, Gürcüstanın Avropa İttifaqı ilə vizasız rejiminin dayandırılması məsələsi bir neçə ölkə və Aİ rəsmiləri tərəfindən gündəmə gətirilib. Bu, əsasən, Gürcüstan hökumətinin qəbul etdiyi bəzi qanunlarla əlaqəlidir. Xüsusilə, "xarici agentlər haqqında" qanun layihəsi və digər demokratiyadan geri çəkilmə addımları narahatlıq doğurub. Aİ təmsilçiləri qeyd edir ki, əgər Gürcüstan bu istiqamətdə davam etsə, vizasız rejim dayandırıla bilər. Buna səbəb kimi Şengen zonasının daxili təhlükəsizliyi və Gürcüstanda demokratik hüquqların pozulması riskləri göstərilir.
Həmçinin, Niderland kimi bəzi ölkələr konkret şəkildə Aİ-yə bu məsələni müzakirə etməyi təklif edib. Eyni zamanda, Avropa Komissiyası Gürcüstandan əsas insan hüquqlarını qorumaq və diskriminasiyaya yol verməmək üzrə öhdəliklərin yerinə yetirilməsini tələb edir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?