Gundemxeber.az » Dünya » Aİ "TikTok" üzərində nəzarəti gücləndirir
Avropa Komissiyası (AK) qeyri-qanuni təsir imkanı ilə bağlı narahatlıqlar fonunda "TikTok"dan Aİ ərazisində seçki zamanı öz işi haqqında daxili məlumatları saxlamağı tələb edir.
Gundemxeber.Az Gundemxeber.Az xarici KIV- ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında bildirilir.
Aİ-nin icra orqanının sərəncamı "TikTok"un xidmətin Aİ-də seçki prosesləri və vətəndaş müzakirələri üçün yarada biləcəyi faktiki və ya təxmin edilən sistem riskləri ilə bağlı məlumatları saxlamağını nəzərdə tutur.
Bura digər məsələlərlə yanaşı, "TikTok"un tövsiyə sistemlərinin funksionallığı və xidmətdən razılaşdırılmış qeyri-əsaslı istifadə nəticəsində qəsdən manipulyasiya riskinə cavab verilməsi daxildir.
Avropa Komissiyasının sərəncamı Aİ-də bütün milli seçkilərə şamil ediləcək və 24 noyabr 2024-cü ildən 2025-ci il martın 31-dək qüvvədə olacaq.
Bu, Rumıniyada keçirilən seçkinin birinci turunda ifrat sağçı prezidentliyə namizəd Kelin Corceskunun qələbəsinə "TikTok"un təsirini göstərən Rumıniya kəşfiyyatının məxfi sənədlərinin təhlilindən sonra məlum olub.
Gundemxeber.Az
29-07-2024, 14:54
1-08-2020, 11:04
23-04-2024, 23:51
31-03-2023, 23:22
30-04-2024, 14:11
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?