Paris Notr-Dam kilsəsinin damının bərpası zamanı 460 ton qurğuşundan istifadə edilib.
Gundemxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa Həmkarlar İttifaqının ümumi əmək konfederasiyasının Paris bölməsinin baş katibi Benua Martin bəyan edib.
"Fransızlar və şəhərin qonaqları bilməlidirlər: bərpa işləri zamanı kilsənin damı və qüllələri qurğuşunla örtülüb. Bərpa zamanı insan sağlamlığı üçün təhlükəli olan bu metaldan 460 tona yaxın istifadə edilib. Bu, məsuliyyətsiz seçimdir. Qurğuşun çox təhlükəlidir və həm yenidənqurmada iştirak edən işçilər, həm də ətraf ərazilərin sakinləri və kilsənin ziyarətçiləri üçün risk yaradır", - deyə o qeyd edib.
Qeyd edək ki, dekabrın 8-də Notr-Dam kilsəsi yanğından beş il sonra yenidən istifadəyə verilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?