ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya və İranı "zəifləmiş dövlətlər" adlandrıb. O, həmçinin Vladimir Putini Ukraynada üç ilə yaxındır davam edən müharibəyə son qoymağa çağırıb.
Tramp bunu dekabrın 8-də Suriya üsyançılarının Rusiya və İranın dəstəklədiyi Əsəd ailəsinin yarım əsrlik hakimiyyətinə son qoyaraq Dəməşqi ələ keçirməsindən sonra "Truth Social" platformasında paylaşımında deyib.
Tramp deyib ki, Rusiya və İran Suriya diktatoru Əsədi dəstəkləyə bilməyiblər, çünki onlar "hal-hazırda zəifləmiş vəziyyətdədirlər, biri Ukraynaya və pis iqtisadiyyata, digəri isə İsrailə və onun döyüş uğurlarına görə".
Tramp bildirib ki, Rusiya 2022-ci ilin fevralında Ukraynanı işğal etdikdən sonra təxminən 600 min əsgər itirib. Ukrayna isə öz ərazisini müdafiə edərkən təxminən 400 min əsgər itirib.
"Dərhal atəşkəs əldə olunmalı və mütləq danışıqlar başlamalıdır", deyən Tramp əlavə edib ki, "Mən Vladimiri yaxşı tanıyıram. Onun üçün hərəkətə keçməyinin vaxtıdır. Çin kömək edə bilər. Dünya gözləyir!"
Rəsmi Kreml Trampın şərhinə dərhal cavab verməyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?