İsrailin baş naziri Benyamin Netanyahu ona qarşı qaldırılan üç cinayət işi üzrə ifadə verəcəyi Təl-Əviv Rayon Məhkəməsinə gəlib.
Gundemxeber.Az xarici mediaya istinadən xəbər verir ki, Netanyahu məhkəmədə ifadə verən ilk İsrail rəhbəridir.
Baş nazir dələduzluqda və etibardan sui-istifadədə ittiham olunur.
Müstəntiqlərin fikrincə, Netanyahu və ailə üzvləri amerikalı prodüser Arnon Milçan və avstraliyalı israilli iş adamı Ceyms Pakerdən bahalı hədiyyələr qəbul ediblər. Onların dəyəri 700 min şekeldən (təxminən 196 min dollar) çoxdur.
Həmçinin, İsrail hökumətinin başçısı "Yediot Ahronot" (Ynet) qəzetinin sahibi Arnon Mozes ilə əlbir olaraq dələduzluqda və etibardan sui-istifadədə ittiham olunur.
İş üzrə istintaq 2016-cı ilin dekabrında başlayıb. Həmin ilin noyabrında Netanyahuya qarşı ittiham irəli sürülüb. Məhkəmə 2020-ci ilin mayında başlayıb, artıq 140 nəfər ifadə verib.
Sorğu
Yeni dizaynımız necədir?