"Suriyalılar Qərbin, xüsusən də ABŞ və Fransanın köməyi olmadan təkbaşına situasiyanın öhdəsindən gəlməli olacaqlar".
GundemXeber.Az-ın xarici mediaya istinadən xəbərinə görə, bu sözləri ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Fransanın "Paris Match" jurnalına müsahibəsində deyib.
"Dünyada bir çox böhranlar var. Bir neçə gün əvvəl yenisi başladı - Suriyada. Onlar tamamilə təkbaşına vəziyyətin öhdəsindən gəlməli olacaqlar, çünki biz (ABŞ - red.) və Fransa bunda iştirak etmirik", - deyə o bildirib.
Qeyd edək ki, daha əvvəl Tramp ABŞ-nin Suriyadakı vəziyyətə qarışmamalı olduğunu, bunun "ABŞ-nin müharibəsi olmadığını" deyirdi.
Xatırladaq ki, noyabrın 27-də silahlı müxalifət qruplaşmaları Hələb və İdlib əyalətlərində Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də bir neçə böyük şəhəri (Hələb, Həma, Dəraa və Homs) ələ keçiriblər, dekabrın 8-də isə Dəməşqə daxil olublar, hökumət qüvvələrinin bölmələri şəhəri tərk ediblər. Bəşər Əsəd Suriya prezidenti postundan istefa verib və hakimiyyətin sülh yolu ilə ötürülməsi barədə göstəriş verərək ölkəni tərk edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?