Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi general-leytenant İqor Kirillovun və onun köməkçisinin qətlində şübhəli bilinən iki nəfər saxlanılıb.
GundemXeber.Az xəbər verir ki, bu barədə "İzvestiya" agentliyinə informasiya məlumatlı mənbədən daxil olub.
Qeyd olunur ki, hazırda şübhəlilər dindirilirlər.
Xatırladaq ki, ötən gün Moskvanın Ryazanski prospektində baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisi öldürülüblər. Partlayış həmin şəxslər evdən çıxarkən baş verib. Partlayıcı qurğu evin yaxınlığında dayanan skuterdə quraşdırılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?