Gundemxeber.az » Dünya » Fransada maşinist intihar etdi: Qatarların hərəkəti dayandırıldı
Fransada maşinistin intiharı səbəbindən Paris-Lion xəttində dəmir yolu hərəkəti iflic olub.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, dekabrın 24-ü axşam saatlarında ona yaxın qatarın hərəkətinin dayandırıldığı, sərnişinlərin ən azı altı saat nəqliyyatda qaldıqları bildirilir
Fransanın milli dəmir yolu şirkəti SNCF təsdiqləyib ki, maşinist qatar hərəkət edərkən intihar edib və buna görə də, sistem qatarı avtomatik dayandırıb.
Bir çox sərnişin Milad gecəsini istədikləri kimi keçirmədiklərinə görə məyus olublar. Fransa telekanalının məlumatına görə, insanlardan qatarlarda içməli suyun olmaması və SNCF-in heç bir məlumat verməməsi ilə bağlı şikayətlər olub.
Gundemxeber.az
22-08-2017, 15:57
17-05-2021, 12:47
10-09-2015, 13:08
26-07-2017, 10:31
18-12-2014, 22:36
Sorğu
Yeni dizaynımız necədir?