Gundemxeber.az » Dünya » Ermənistan Azərbaycana sülh sazişi layihəsinin iki bəndi ilə bağlı təkliflər göndərib
Ermənistanın Baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarda Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası üzrə növbəti görüşün keçiriləcəyini açıqlayan sözlərini təsdiqləyib.
Paşinyan bildirib ki, yanvarda planlaşdırılmış görüşdə 2024-cü ildəki müsbət delimitasiya təcrübəsi işin sakit və işgüzar mühitdə irəliləməsinə töhfə verəcək.
“Biz belə bir işə hazırıq”, - deyə Paşinyan vurğulayıb.
O, həmçinin qeyd edib ki, Ermənistan hökuməti Bakıya sülh sazişi layihəsinin iki razılaşdırılmayan maddəsi ilə bağlı təkliflər göndərib və müsbət cavab alarsa, bu sazişi imzalamağa hazırdırlar.
Qeyd edək ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev də bu görüş barədə məlumat vermişdi: "Bu ay - ən azından bizim təşəbbüsümüzlə - Azərbaycan və Ermənistanın delimitasiya komissiyalarının növbəti görüşü baş tutmalıdır ki, bu məsələni davam etdirək," -deyə prezident İlham Əliyev qeyd edib./musavat.com
31-05-2018, 15:34
27-03-2019, 13:42
15-10-2014, 15:08
15-12-2018, 10:53
29-03-2019, 11:00
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?