GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Almaniyanın Azərbaycandan rüşvət almaqda ittiham edilən keçmiş deputatlarının məhkəməsi başlayır

Almaniyanın Azərbaycandan rüşvət almaqda ittiham edilən keçmiş deputatlarının məhkəməsi başlayır

Tarix: 16-01-2025, 23:54 Bölmə :Dünya Baxış: 241

Yanvarın 16-da Münhen Ali Məhkəməsində Azərbaycandan rüşvət almaqda ittiham edilən Almaniya Bundestaqının keçmiş deputatlarının məhkəməsi başlayır.

Almaniyanın Xristian Demokrat İttifaqı və Xristian Sosialist İttifaqından olan keçmiş deputatlar Aksel Fişer və Eduard Lintner “Kürü diplomatiyası” kimi tanınan qalmaqal çərçivəsində Avropa Şurası Parlament Assambleyasında (AŞPA) lobbiçilik etmək üçün Azərbaycandan külli miqdarda rüşvət almaqda və digər korrupsiya hallarında ittiham edilirlər.

Münhen Prokurorluğunun istintaq məlumatlarına əsasən, 2010-2018-ci illərdə AŞPA üzvü olmuş Aksel Fişer Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovla qanunsuz əməkdaşlığa girərək nəğd ödəniş müqabilində Azərbaycanın maraqları naminə fəaliyyət göstərməyə, o cümlədən təlimatlara uyğun səs verməyə, müsbət çıxışlar etməyə, məxfi sənədləri vaxtından əvvəl ötürməyə razılaşıb. İttihamları qəbul etməyən Aksel Fişerin bunun müqabilində azı 26 min avro aldığı bildirilir.

30 ilə yaxın Almaniya Parlamentinin üzvü olmuş Eduard Lintnerin isə Azərbaycandan bir neçə milyon avro pul aldığı bildirilir. İstintaq məlumatlarına əsasən, Lintnerin iki şirkəti Azərbaycanın dövlət şirkətlərindən biri ilə müqavilə bağlayaraq, “xidmətlər” qarşılığında 2016-cı ilədək ofşor şirkətlər vasitəsilə ödənişlər əldə edib.

Eduard Lintner hadisələr baş verərkən artıq parlament üzvü olmasa da, onun digər deputatları, o cümlədən 2009-2021-ci illərdə Bundestaq üzvü olmuş Karin Ştrentsi rüşvət müqabilində oxşar fəaliyyətə cəlb etdiyi vurğulanır.

Pul müqabilində “Azərbaycanın tələblərinə uyğun hərəkət edəcəyini” vəd edən Ştrents 2015-2016-cı illərdə AŞPA-da Azərbaycanın təlimatlarına uyğun olaraq səs verdiyinə görə 150 min avro rüşvət almaqda ittiham edilir.

2021-ci ildə qəfildən vəfat edən Karin Ştrentsin cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olmasa da, ittiham tərəfi onun aldığı rüşvətin varisindən müsadirə edilməsini istəyir.

“Aksel Fişer və Karin Ştrentslə bağlı prokurorun tapıntıları həqiqətən inanılmazdır. Azərbaycan rejiminin Bundestaq deputatlarını korrupsiyaya uğratması Almaniya üçün böyük biabırçılıqdır. Məhkəmə işi aysberqin görünən hissəsidir”, Almaniyanın AŞPA-dakı nümayəndə heyətinin hazırkı rəhbəri Frank Şvabe deyib.

Azərbaycanın avropalı parlamentarları və digər rəsmiləri korrupsiya yolu ilə lobbiçiliyə cəlbetmə məsələsi “Kürü diplomatiyası” və “Azərbaycan landromatı” araşdırmalarından sonra diqqət çəkməyə başlayıb.

Münhen Prokurorluğu Almaniya Federal Kriminal Polisi ilə birgə 4 il ərzində istintaq işləri aparıldığını, Bundestaq üzvlərinin ofisləri də daxil olmaqla, 20-yə yaxın obyektdə axtarış aparıldığını bildirib. Almaniya ilə yanaşı xaricdə də istintaq işləri aparılıb, Azərbaycan da daxil olmaqla, 15 ölkəyə iş üzrə təhqiqat sorğusu göndərilib.

Məhkəmə prosesinin fevralın 13-də yekunlaşacağı gözlənilir.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Almaniya Azərbaycanla bağlı rüşvət qalmaqalını araşdırır

    Almaniya Azərbaycanla bağlı rüşvət qalmaqalını ...

    3-02-2020, 14:55

  • 
  • Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti yenilənir

    Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti yenilənir ...

    4-06-2018, 15:57

  • 
  • AŞPA prezidenti korrupsiya qalmaqalına görə “dərhal və qətiyyətlə” hərəkət etməyə çağırılır

    AŞPA prezidenti korrupsiya qalmaqalına görə ...

    7-05-2018, 20:42

  • 
  • AŞPA iki deputatımızı bu təşkilata daxil olmaq hüququndan məhrum edib

    AŞPA iki deputatımızı bu təşkilata daxil olmaq ...

    28-06-2018, 14:55

  • 
  • Avropa Şurası Nazirlər Komitəsinin sədri rəsmi Bakını öhdəliklərini yerinə yetirməyə və AŞPA ilə dialoqa çağırıb

    Avropa Şurası Nazirlər Komitəsinin sədri rəsmi ...

    3-10-2024, 23:35


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu