Gundemxeber.az » Dünya » Zelenski təhlükədən XƏBƏR VERDİ: Rusiya Dronu Çernobıl AES-ə zərbə endirib
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun bu gecə Çernobıl Atom Elektrik Stansiyasına (AES) pilotsuz uçuş aparatı (PUA) ilə hücum etdiyini bildirib.
Onun sözlərinə görə, partlayıcı başlığa malik zərbə dronu stansiyanın dördüncü enerji blokunun üzərindəki sığınacağa düşüb.
"Çernobıl AES-dəki sığınacaq bu dron tərəfindən zədələnib. Yanğın söndürülüb. Hazırda radiasiya fonunda artım qeydə alınmayıb və vəziyyət daimi nəzarət altındadır. İlkin qiymətləndirmələrə görə, sığınacaqda ciddi zədələnmələr var", – deyə Zelenski "Telegram" kanalında yazıb.
O, bu hücumu Rusiya Prezidenti Vladimir Putinin danışıqlara hazır olmamasının sübutu kimi dəyərləndirib. "Bu cür addımlar göstərir ki, Putin sülhə deyil, müharibəni davam etdirməyə çalışır", – deyə Ukrayna lideri əlavə edib.
Hadisə ilə bağlı beynəlxalq təşkilatların və rəsmi Moskvanın reaksiyası hələlik bəlli deyil.
Gundemxeber.az
4-07-2019, 10:30
12-08-2024, 11:58
27-04-2023, 15:30
12-08-2013, 10:14
21-04-2021, 09:55
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?