Gundemxeber.az » Dünya » Avstraliya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
Avstraliya Rusiya vətəndaşlarına və təşkilatlarına qarşı yeni sanksiya paketi qəbul edib.
Gundemxeber.az-ın məlumatına görə, bu barədə ölkə hökumətinin saytında məlumat verilib.
"Avstraliya hökuməti bu gün 70 şəxsə qarşı əlavə hədəfli maliyyə sanksiyaları və səyahət qadağaları, həmçinin 79 təşkilata qarşı hədəfli maliyyə sanksiyaları tətbiq edib. Bu, 2022-ci ilin fevralından bəri Avstraliyanın ən böyük sanksiya paketidir", - deyə nəşrdə qeyd olunub.
Restriksiyalar, xüsusilə Rusiyanın müdafiə, nəqliyyat və maliyyə sektorlarındakı obyektlərə, ticarət pilotsuz uçuş aparatlarının və onların komplekt hissələrinin tədarükünə qadağa qoyulmasına, eləcə də bu sahədə xidmətlərin göstərilməsinə aiddir.
Bundan əlavə, sanksiyalar Rusiya ilə Şimali Koreya arasında hərbi əməkdaşlığın dərinləşməsində iştirak edən şəxslərə və təşkilatlara qarşı yönəldilib.
Avstraliya ümumilikdə 1400-dən çox sanksiya tətbiq edib.
18-10-2016, 00:49
31-01-2018, 00:17
20-01-2018, 11:30
26-01-2018, 21:55
27-01-2018, 12:45
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?