Gundemxeber.az » Dünya » Mask Zelenskini amerikalı jurnalisti öldürməkdə ittiham etdi
"Ukrayna həbsxanasında ölən amerikalı-çilili bloqer Qonzalo Liranın ölümündə Ukrayna Prezidenti Volodimir Zelenski günahkardır".
Gundemxeber.az-ın verdiyi məlumata görə, bu barədə milyarder İlon Mask bildirib.
"Zelenski amerikalı jurnalisti öldürdü!", - deyə Mask özünün sosial şəbəkə hesabından bəyan edib.
Qonzalo Lira 1968-ci ildə Kaliforniyanın Burbank şəhərində anadan olub. ABŞ və Çilidə ikili vətəndaşlığı olub, Xarkovda yaşayıb. Bloqer Rusiyanın Ukraynadakı hərbi əməliyyatını işıqlandırıb və Prezident Zelenskini tənqid edib.
2023-cü ilin mayında o, Ukrayna hüquq-mühafizə orqanları tərəfindən "Rusiya təcavüzünə haqq qazandırmaq" ittihamı ilə həbs edilib. Daha sonra o, zaminlə ev dustaqlığına buraxılıb. Həmin ilin iyulunda Macarıstana qaçmaq istəyərkən yenidən saxlanılıb.
O, 2024-cü il yanvarın 12-də həbsdə olarkən pnevmoniyadan vəfat edib.
Mask bloqerin ölümündən dəhşətə gəldiyini yazıb.
Gundemxeber.az
3-03-2021, 14:22
29-05-2019, 10:37
28-10-2024, 21:06
19-02-2018, 11:46
23-12-2024, 14:52
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?