GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Avropa İttifaqı Çindən asılılığ azaltmaq üçün Hindistandan bəzi məhsullara olan tarifləri kəsməyini istəyəcək

Avropa İttifaqı Çindən asılılığ azaltmaq üçün Hindistandan bəzi məhsullara olan tarifləri kəsməyini istəyəcək

Tarix: 26-02-2025, 23:45 Bölmə :Dünya Baxış: 248


Çindən asılılığını azaltmağa çalışan Avropa İttifaqı ticarəti artırmaq məqsədilə Hindistana avtomobillər və şərablar üzrə yüksək tarifləri azaltmaq üçün müraciət edəcək. Bu barədə Avropa Komissiyasının prezidentinin Yeni Dehliyə səfəri ərəfəsində Aİ-nin yüksək vəzifəli rəsmisi məlumat verib.

ABŞ prezidenti Donald Trampın qarşılıqlı tariflər tətbiq edəcəyi ilə bağlı xəbərdarlığını xatırladan rəsmi, Aİ-nin Hindistana bəzi mallara qoyulan tarifləri azaltmaq və öz məhsulları üçün bazara çıxışı genişləndirmək istiqamətində təzyiq göstərəcəyi, əvəzində isə azad ticarət sazişi danışıqlarını sürətləndirmək üçün kənd təsərrüfatı məsələlərində müəyyən güzəştlər təklif edəcəyini bildirib.

“Hindistan bazarı nisbətən qapalıdır, xüsusən Avropa İttifaqı və onun üzv dövlətlərinin sənaye maraqları üçün əsas kommersiya məhsulları olan avtomobillər, şərablar və spirtli içkilər baxımından,” – deyə məxfi müzakirələrin xarakterinə görə anonim qalmaq istəyən rəsmi bildirib.

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin cümə axşamı başlayacaq iki günlük səfəri, Aİ üzv dövlətlərinin liderlərinin müşayiəti ilə, geosiyasi gərginliyin artdığı bir dövrə təsadüf edir. Brüssel və Yeni Dehli strateji tərəfdaşlıq çərçivəsində daha dərin əməkdaşlıq sahələrini müəyyən etməyi planlaşdırır.

Fon der Leyen cümə günü Hindistanın Baş naziri Narendra Modi ilə görüşəcək, daha sonra isə ticarət naziri Piyuş Qoyal ilə müzakirələr aparacaq.

Növbəti ticarət danışıqları raundu 10-14 mart tarixlərində Brüsseldə keçiriləcək.

Aİ-nin tariflərin azaldılması çağırışı Trampın aprel ayının əvvəlindən qarşılıqlı tariflər tətbiq edəcəyi ilə bağlı təhdidləri fonunda səslənir ki, bu da Hindistanın ixracatçıları üçün narahatlıq yaradır. Citi Research təhlilçilərinin hesablamalarına görə, Hindistan illik təxminən 7 milyard dollar dəyərində itkilərlə üzləşə bilər.

Çindən asılılığın azaldılması

Aİ “risklərin azaldılması” strategiyası çərçivəsində Hindistan ilə iqtisadi və təhlükəsizlik sahəsində əlaqələri gücləndirmək, təchizat zəncirlərini şaxələndirmək və Çindən əsas məhsullar üzrə asılılığı azaltmaq istəyir.

Aİ eyni zamanda Hindistanı kibertəhlükələr, Cənubi Çin dənizi və Hind-Sakit okean regionundakı gərginliklər də daxil olmaqla, təhlükəsizlik problemlərinin həllində vacib tərəfdaş kimi görür.

Fon der Leyenin, həmçinin, Hindistanın Ukraynanın təhlükəsizliyi üçün “sülh və ədalətli razılaşma”nı dəstəkləməsini istədiyi bildirilir.

Aİ və Hindistan kibertəhlükələr və terrorizmlə mübarizə kimi ortaq təhdidlərlə mübarizə aparmaq üçün məxfi təhlükəsizlik məlumatlarının paylaşılmasını nəzərdə tutan razılaşma imzalaya, eyni zamanda müdafiə avadanlıqlarının ticarətini araşdıra bilərlər.

Bütün bu potensial faydalara baxmayaraq, ticarət təhlilçiləri səfərin konkret nəticələr verməyə bilər deyə ehtiyat edirlər.

Yeni Dehlidə yerləşən Global Trade Initiative adlı beyin mərkəzinin təsisçisi və Aİ ilə ticarət danışıqlarında Hindistanın keçmiş danışıqlarçısı Acay Srivastava bildirib ki, əhəmiyyətli əməkdaşlıq üçün Aİ Hindistanı “məlumat təhlükəsizliyi təmin edən ölkə” kimi tanımalıdır.

“Hər iki tərəf Çinə dair narahatlıqlar keçirir, lakin heç biri bunu əsas prioritet kimi görmür,” – deyə Srivastava qeyd edib. Onun sözlərinə görə, Hindistanın əsas diqqəti Çinlə sərhəd gərginliyinə yönəlib, Aİ isə daha çox Ukrayna-Rusiya münaqişəsi və NATO məsələlərindən narahatdır



Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ Avropa İttifaqı ilə tariflərin aradan qaldırılmasına dair razılıq əldə edib

    ABŞ Avropa İttifaqı ilə tariflərin aradan ...

    26-07-2018, 23:11

  • 
  • Avropa Şurası və Avropa İttifaqı edam cəzasının ləğvinə çağırır

    Avropa Şurası və Avropa İttifaqı edam cəzasının ...

    10-10-2014, 14:10

  • 
  • Donald Tusk: “Avropa İttifaqı ABŞ-ın Suriyaya hücumunu dəstəkləyir”

    Donald Tusk: “Avropa İttifaqı ABŞ-ın Suriyaya ...

    14-04-2018, 15:54

  • 
  • Avropa İttifaqı və Azərbaycan Lənkəran iqtisadi rayonunda regional inkişafa dəstək sazişi imzalayıb

    Avropa İttifaqı və Azərbaycan Lənkəran iqtisadi ...

    3-10-2018, 16:29

  • 
  • Tramp yenə Çindən əl çəkmir

    Tramp yenə Çindən əl çəkmir ...

    21-07-2018, 12:09


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu