"Londonda Ukrayna üzrə Avropa Zirvə Toplantısında iştirak etmiş ölkələr Kiyevin maliyyələşdirilməsi üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadə məsələsi ilə bağlı yekdil fikrə gələ bilməyiblər".
Gundemxeber.az xarici mediaya istinadla xəbər verir ki, bunu jurnalistlərə Polşanın Baş naziri Donald Tusk deyib.
Onun sözlərinə görə, bəziləri avro, bank sistemi üçün hansısa nəticələrin olacağından çox ehtiyat edirlər: "Fikrimcə, Rusiyanın dondurulmuş aktivlərindən istifadə ediləcəyi ehtimalı yüksək deyil".
Qeyd edək ki, Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya Ukraynada münaqişə başlayandan sonra Rusiyanın təqribən 300 milyard dollarlıq aktivlərini dondurub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?