Prezident Donald Tramp hesab edir ki, ABŞ indi “Putin üçün daha az narahat olmalı” və diqqətini daxili məsələlərə yönəltməlidir.
Bu barədə D.Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Biz Putinlə bağlı daha az narahat olmalıyıq. Ölkəmizə gələn narkobaronlar, qatillər və s. ilə mübarizəyə diqqət yetirməliyik ki, Avropa kimi olmayaq”,- o bildirib.
Qeyd edək ki, Ukrayna və ABŞ liderləri Volodimir Zelenski və Donald Trampın yüksək səviyyəli görüşündən sonra amerikalılar arasında Vaşinqton administrasiyasının Ukrayna müharibəsinə yanaşmasının düzgünlüyü ilə bağlı ziddiyyətli fikirlər səslənməyə başlayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?