ABŞ Prezidenti Donald Tramp yaxın bir neçə gün ərzində rusiyalı həmkarı Vladimir Putinə zəng etməyə hazırlaşır.
Bu barədə GundemXeber.Az xarici mediaya istinadla xəbər verir.
Amerika lideri Ağ Evdə jurnalistlərə deyib ki, Ukrayna ətrafındakı vəziyyəti müzakirə etməkdən ötrü Putinə zəng edəcək:
"Mən Vladimir Putinlə danışacağam. Putinlə bu həftənin sonunda söhbətləşməyi planlaşdırıram".
O, Ukraynada atəşkəs üçün Rusiya liderindən razılıq almağa ümid etdiyini bildirib:
"Necə deyərlər, tanqo üçün iki nəfər lazımdır, düzdür? Ona görə də ümid edirəm ki, o da razılaşacaq. Bu, doğrudan da düşünürəm ki, işin 75 faizi olacaq. Qalan məsələlər sənədlərin rəsmiləşdirilməsi, torpaqlar üzrə danışıqlar və digər məsələlərdir".
D.Tramp əlavə edib ki, iki ölkənin nümayəndələri Ukrayna məsələsi üzrə görüşəcəklər:
"Əgər Vaşinqton Moskvanı atəşkəsə razılıq verməyə inandıra bilməsə, o zaman Ukraynada münaqişə davam edəcək".
O, Ukrayna Prezidenti Volodimir Zelenskini yenidən Ağ Evə dəvət edə biləcəyini də söyləyib.
Sorğu
Yeni dizaynımız necədir?