Türkiyədə keçirilən rüşvət əməliyyatının arxasında türk əsgərinin başına Şimali İraqda çuval geyindirməklə məşhur olan Devid Petreus dayanıb.
Bu barədə informasiyanı Türkiyə hökumətinə yaxınlığı ilə seçilən mətbuat orqanları yayıblar. Mətbuatın Milli İstihbarat Təşkilatındakı mənbələri Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı olan D.Petreusun bunun üçün xüsusi təşkilat yaratdığını da bildirib:
“Türk iqtisadiyyatı 2013-cü ildə ən yüksək səviyyəyə çatdı. Daha sonra isə D.Petreusun rəhbər olduğu təşkilata Ərdoğanı devirmək üçün 25 milyard dollar ayrıldı. Bu təşkilatın adı KRR (Kolhberg Kravis Roberts) oldu. D.Petreus isə bunun başına may ayında gətirildi”.
MİT-in əldə etdiyi məlumatlarda Türkiyədə hadisələri qızışdırmaq üçün məşhur mətbuat orqanlarının da istifadə edildiyi bəlli olub: “Ən məşhur qəzetlər bu oyunda yer aldılar. “Faynenşıl Tayms”, “Qardian”, “WSJ”, “Der Şpiqel” hətta “Tudeys Zaman”da bunların içində vardı”. Beynəlxalq Valyuta Fondunun da KRR ilə əməkdaşlıq etdiyi bəlli olub. Burada əsas məqsədin isə Türkiyəni yenidən maliyyə cəhətdən özündən asılı vəziyyətə salmaqdan ibarət olduğu qeyd edilib. KRR-in idarəçiləri içində çox təhlükəli bir şəxsin adı da yer alıb. Bunun Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı Neyson Riçard Perlen olduğu bildirilib:
“Qaranlıqlar şahzadəsi” kimi tanınan Perlenun dünyaca məşhur iqtisadi böhranların əsas təşkilatçılarından biri olduğu bildirilir. Qeyd edək ki, dərc edilən məlumatlar MİT-in adını çəkilməsini istəməyən nümayəndəsinin jurnalistə verdiyi informasiyalar əsasında hazırlanıb.
Sorğu
Yeni dizaynımız necədir?