Şimal donanma komandanının sabiq müavini özünü güllələyib. AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, bu gün Peterburqda Rusiyanın şimal donanmasının sabiq vitse-admiralı Yuri Ustimenko təltif silahı ilə özünü güllələyib. Hadisə barədə əlavə məlumat verilmir.
Yuri Qavriloviç Ustimenko 19 may 1944 -cü ildə Primorski vilayətinin Vladimir qəsəbəsində anadan olub. 1967 - ci ildə Popov adına Ali hərbi - dəniz radioelektronika məktəbini bitirib. 1973 - cü ildə HDD (Hərbi Dəniz Donanması) ali xüsusi zabit kurslarını, 1978 - ci ildə isə Qreçko adına Hərbi - dəniz akademiyasını bitirib.
1984 - 1987 - ştab rəisi, Şimal donanmasının 7 - ci əməliyyat eskadra gəmisinin komandiri olub. 1992 - ci ildən Şimal donanmasının komandanının 1 - ci müavini postuna yüksəlib. 1995 - ci ildə Sankt - Peterburqa HDD - sının Ali xüsusi siniflərinə rəis dəyişilib. Misir, Anqola, Somali, Yəmən Vyetnam, Seyşel adaları, Qırmızı dəniz və Fars görfəzində hissəvi döyüşlərdə və hərbi qarşıdurmalarda iştirak edib.
Yuri Ustimenko "SSSR HX - də vətənə qulluğa görə" ordeni ilə, medallarla, şəxsi silahla və xarici medallarla təltif edilib.
Y.Ustimenko hərbi elmlər doktoru, professor, SSSR - nin fəxri radisti, SSSR hərbi donanmasının fəxri işçisi idi.
Sorğu
Yeni dizaynımız necədir?