Gundemxeber.az » Dünya » Harvard Universiteti Trampın qərarı səbəbindən 2.7 milyon dollarlıq qrantı itirdi
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Harvard Universiteti üçün ümumi məbləği 2.7 milyon dollardan çox olan iki qrantı ləğv edib.
Gundemxeber.Az-ın məlumatına görə, bu barədə nazirliyin yaydığı sənəddə deyilir.
Bəyanatda qeyd olunub ki, bu addımlar ABŞ Prezidenti Donald Trampın Harvard Universitetinə 2.2 milyard dollar məbləğində federal maliyyələşdirməni dondurmaq qərarından, həmçinin bu təhsil müəssisəsinin vergidən azad statusunun yenidən nəzərdən keçirilməsi təklifindən sonra atılıb.
Xatırladaq ki, ABŞ Təhsil Nazirliyi Prezident Donald Trampın göstərişlərini yerinə yetirməkdən imtina etməsi səbəbindən Harvard Universitetinin 2.2 milyard dollar məbləğində qrantların və 60 milyon dollar məbləğində uzunmüddətli müqavilələrin dondurulduğunu elan edib. Universitet rəhbərliyi tərəfindən yerinə yetirilməyən göstərişlər arasında təhsil müəssisəsi daxilində "müxtəliflik, bərabərlik və inklüzivlik" proqramlarının bağlanması olub.
Gundemxeber.Az
6-11-2017, 12:44
30-11-2018, 13:34
12-06-2015, 08:30
9-04-2025, 14:34
9-04-2018, 19:53
Sorğu
Yeni dizaynımız necədir?