ABŞ Prezidenti Donald Tramp Çin məhsullarına tətbiq edilən 145% həcmində gömrük rüsumlarını azaldıla bilər.
Bu barədə dövlət başçısı Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.
"Müəyyən bir məqamda mən istəmirəm ki, tariflər daha da yüksəlsin, çünki müəyyən bir məqamda siz elə edəcəksiniz ki, insanlar almayacaqlar. Ola bilsin ki, mən onları azaltmaq istəyəcəyəm ki, insanlar alsınlar", - deyə dövlət başçısı bildirib.
Tramp, həmçinin qeyd edib ki, Çinlə ticarət sahəsində vəziyyət tənzimlənənə qədər "TikTok" tətbiqi ilə bağlı sazişi təxirə salmaq niyyətindədir.
ABŞ lideri ümid etdiyini bildirib ki, Vaşinqton və Pekin növbəti üç və ya dörd həftə ərzində ticarət üzrə razılaşmalara nail ola biləcəklər. Lakin onun etirafına görə, Vaşinqton və Pekin arasında danışıqlar heç də başa çatmayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?